Necə sifariş etməli - SHOPPINGTIME.AZ
Səbətim (0)
0 777 123455

Necə sifariş etməli

Saytımız vasitəsi ilə məhsulun sifarişini bir neçə üsulla həyata keçirə bilərsiniz. 

1) Qeydiyyatsız sifariş - Hər hansısa bir məhsula baxış keçirərkən qeyd olunan məhsulu vaxt itirmədən sifariş etmək istərsəniz "Qeydiyyatsız sifariş" düyməsindən istifadə edə bilərsiniz. Düyməyə basdınız zaman açılan kiçik sifariş formasına Ad və soyadınızı, elektron ünvanınızı, telefon nömrənizi və məhsulun çatdırılmasını istədiyiniz ünvanı qeyd etməniz kifayətdir. Sifarişiniz dərhal qeydə alınacaq və qısa müddətdə satış təmsilçilərimiz sizinlə əlaqə saxlayacaqlar. 

2) Səbətə funksiyasının köməyi ilə qruplaşdırılmış sifariş - Səbət funksiyasından istifadə etmək üçün öncəliklə saytımızda qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan dərhal sonra hesabınıza daxil olaraq seçdiyiniz məhsulları səbətə əlavə edə və sonda birdəfəlik sifarişinizi təqdiq edə bilərsiniz. Qeydiyyatın üstünlüyü məlumatlarınızın bazada saxlanılması nəticəsində ünvan, əlaqə telefonu, ad və soyad kimi məlumatların hər sifrişdə yenidən yazılmasına ehtiyac duyulmamasındadır. Eyni zamanda sifarişləriniz şəxsi hesabınızda qeyd olunan sifariş tarixçəsində saxlanılır.

3) Sosial şəbəkə vasitəsi ilə sifari - SHOPPİNGTİME saytında qeyd olunan məhsulları facebook səhifəmizdən rahatlıqla sifariş edə bilərsiniz. Bunun üçün səhifəmizin ismarıc bölməsi vasitəsi ilə bilə sifariş istəyinizi göndərməniz kifayətdir. Satış təmsilçilərimiz qısa zaman ərzində sizə köməkçi olacaqlar. Facebook səhifəmiz.  www.facebook.com/shoppingtime.az

4) Whatsapp vasitəsi ilə - Saytımızın əlaqə bölməsində qeyd olunan nömrəni telefonunuza qeyd etməklə bizi rahatlıqla whatsappda tapa və istədiyiniz məhsulu sifariş edə bilərsiniz. Müştəri təmsilçilərimiz sizə lazımi köməkliyi göstərəcəklər.

5) Əlaqə telefonu vasitəsi ilə - Saytımızın əlaqə bölməsində qeyd olunan əlaqə telefonu vasitəsi ilə ilin hər günü saat 10:00-21:00 arası bizimlə əlaqə saxlaya bilərsiniz. 

6) Elektron poçt vasitəsi ilə - Saytımızın əlaqə bölməsində qeyd olunan elektron poçt vasitəsi ilə 7/24 istənilən zamanda bizə müraciətlərinizi göndərə bilərsiniz. Müştəri təmsilçilərimiz qısa müddətdə müraciətlərinizi cavablayacaqlar. 

7) Saytımızda sağ aşağı küncdə yerləşən canlı söhbət bölməsindən bizə rahatlıqla yaza, müraciətlərinizi və ya sifarişlərinizi qeyd edə bilərsiniz. Vütün istəkləriniz araşdırılıb sizə lazımi köməklik göstəriləcəkdir.

Bizə yazın cavablayaq :)